AFFA Qəbələ şəhər stadionunda görülən işlərin siyahısını açıqlayıb
sizinxeber.az xəbər saytı

AFFA Qəbələ şəhər stadionunda görülən işlərin siyahısını açıqlayıb


AFFA Millətlər Liqasının V turunda keçiriləcək Azərbaycan - Estoniya oyunu ilə bağlı Qəbələ şəhər stadionunda görülən işlərin siyahısını açıqlayıb.

Bu barədə "Report"a milli assosiasiyanın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Onun sözlərinə görə, arenada media tribunasının, yeni mərkəzi kamera platformasının və qapı arxası platformanın tikintisi başa çatmaq üzrədir.

Assosiasiya rəsmisi mövcud platformaların gücləndirilməsi, texniki ərazinin təmir-tikinti və çəkiliş maşınları meydançasının düzləşdirilməsi üçün işlərin görüldüyünü də diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan - Estoniya qarşılaşması noyabrın 16-da, saat 18:00-da Qəbələ şəhər stadionunda keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan - Estoniya oyununun biletləri satışa çıxarılıb
UEFA Millətlər Liqası: Azərbaycan - Estoniya matçı Qəbələdə keçiriləcək
"Qəbələ" klubunun rəsmisi: "Stadionumuz yığmanın oyunlarını qəbul etməyə hazırdır"
Azərbaycan - Estoniya oyununun Qəbələdə təşkili ilə bağlı danışıqlar aparılır
Estoniya - Azərbaycan oyunuöncəsi açıq məşqlər və mətbuat konfranslarının vaxtı müəyyənləşib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər