Azərbaycan - Estoniya oyununun Qəbələdə təşkili ilə bağlı danışıqlar aparılır
Oyunun Qəbələ şəhər stadionunda təşkil olunması ilə bağlı həm UEFA, həm də Estoniya Futbol Federasiyası ilə danışıqlar aparılır.
Bunu "Report"a açıqlamasında AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli UEFA Millətlər Liqasında keçiriləcək Azərbaycan - Estoniya matçı ilə bağlı danışarkən deyib.
"Oyunun məkanı ilə bağlı danışıqlar davam edir. Hələlik görüşün harada olacağı tam dəqiqləşməyib. Yaxın vaxtlarda məsələ rəsmiləşən kimi ictimaiyyətə məlumat veriləcək. Estoniya tərəfindən razılıq almağa gəlincə, stadion 4 ulduzlu kateqoriyaya aiddirsə, bunun üçün qarşı tərəfin cavabını gözləməyə ehtiyac yoxdur. Meydan sahibi istədiyi yerdə rəqibi qəbul edə bilər. Lakin stadion bu kateqoriyaya uyğun olmadıqda artıq UEFA ilə yanaşı, qarşı tərəfin də razılığı önəm kəsb edir, - deyə milli assosiasiya rəsmisi vurğulayıb.
Qeyd edək ki, sözügedən matç noyabrın 16-da təşkil olunacaq. Bu tarixdə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyası (COP29) baş tutacaq. Bu səbəbdən paytaxtda qarşılaşmanın təşkili mümkün olmayacaq.
Oxşar xəbərlər
İngiltərə - Azərbaycan matçının keçiriləcəyi stadion açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
