"Qəbələ" klubunun rəsmisi: "Stadionumuz yığmanın oyunlarını qəbul etməyə hazırdır"
Stadionumuz yığmanın oyunlarını qəbul etməyə hazırdır.
Bunu "Report"a açıqlamasında "Qəbələ"nin idman dirketoru Səbuhi Səfiyarlı deyib.
O, Qəbələ şəhər stadionunun UEFA Millətlər Liqasının V turunda keçiriləcək Azərbaycan - Estoniya oyununu qəbul etməyə hazır olduğunu bildirib:
"Qəbələ şəhər stadionunda son durum ürəkaçandır. Ötən mövsüm başa çatdıqdan sonra ot örtüyünün yenilənməsi prosesi baş tutdu. Stadion Millətlər Liqasının oyunlarını qəbul etmək üçün standartlara cavab verir. Stadiona baxış keçirməsi üçün UEFA nümayəndələrindən gələnlər oldu. Lazım olan müvafiq tapşrııqlarını verdilər. Arenadan məsul şəxslər bütün lazımi işləri həyata keçirdilər. Stadionumuz yığmanın oyunlarını qəbul etməyə hazırdır. Burada AFFA-nın üzərinə düşən müəyyən öhdəlik var ki, artıq onlar da həyata keçirilir. Jurnalistlərin öz peşə fəaliyyətlərini rahat yerinə yetirməsi üçün sektor ayrılır".
S.Səfiyarlı millinin oyunlarının paytaxtdan kənarda keçirilməsinin müsbət hal olduğunu vurğulayıb:
"Millinin oyunlarının paytaxtdan kənarda keçirilməsi sevindiricidir. Digər ölkələrdə bu daha tez-tez yaşanır. Bunun üçün infrastruktur yüksək səviyyədə olmalıdır. Hansı ki, Qəbələ şəhərində bu mövcuddur. Tribunalar meydana daha yaxındır. Futbolçularımız tərəfdarların dəstəyini daha yaxından hiss edəcəklər".
Qeyd edək ki, noyabrın 16-da Qəbələ şəhər stadionunda baş tutacaq Azərbaycan - Estoniya matçının start fiti saat 18:00-da səslənəcək.
Oxşar xəbərlər
Azərbaycan klubunun ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Sumqayıt" Belarus klubunun avrokubok oyunlarını Mehdi Hüseynzadə adına stadionda keçirməsinə razılıq verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Konfrans Liqası: Belarus klubu ev oyunlarını Sumqayıtda keçirəcək - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan - Estoniya oyununun Qəbələdə təşkili ilə bağlı danışıqlar aparılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Millətlər Liqası: Azərbaycan - Estoniya matçı Qəbələdə keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












