Maksim Medvedev: "Qarabağ" Norveçdə qələbə qazanmaq üçün sonadək mübarizə aparmalıdır"
Komanda səfərdə qələbə qazanmaq üçün sonadək mübarizə aparmalıdır.
Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Maksim Medvedev "Qarabağ"ın Norveçdə "Budyo Qlimt"ə qarşı keçirəcəyi Avropa Liqası oyunu ilə bağlı danışarkən deyib.
35 yaşlı keçmiş müdafiəçi "köhlən atlar"ın çətin səfərə yollandığını söyləyib:
"Ən qısa zamanda uyğunlaşma prosesini keçməli və meydanla tanış olmalıdırlar. Ağır qarşılaşma olacaq. Son nəticələr yaxşı deyildi, bu səbəbdən kollektiv çox məsuliyyətli olacaq. Heyətdə təcrübəli oyunçular da mövcuddur. Hətta qalib gəlmək potensialımız da var. Ən neqativ məqam Julio Romaonun cəzalı olmasıdır. O, komanda üçün böyük fiqurdur. Futbolçular bu matçda ələ düşən imkanlardan istifadə etməli, soyuqqanlı oynamalı, intizamı pozmamalı, tələsməməli və pozitiv olmalıdırlar".
2006-2024-cü illər aralığında "Qarabağ"ın formasını geyinmiş oyunçu Azərbaycan çempionunun turnirdə keçirdiyi əvvəlki qarşılaşmalara da toxunub:
"Məğlubiyyətlərin səbəbini demək bir az çətindir. Hamısı fərqli oyunlar idi. Hər görüşdə çatışmazlıqlar var idi ki, bu da nəticəyə təsir etdi. Əsas odur ki, komanda çıxış yollarını tapsın, problemləri unutsun və yeni motivasiya ilə sabahkı matça çıxsın".
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.
Oxşar xəbərlər
Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm
Maksim Medvedev: "Zirə"nin futbolçuları azarkeşlərin təzyiqinə tab gətirə bilmədilər
UEFA Avropa Liqası: "Budyo Qlimt" - "Qarabağ" oyununun hakimləri bəlli olub
“Qarabağ”ın İsveçdə yaşayan sabiq futbolçusu: "Malmö" ilə duel çox maraqlı olacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Mohammed: Müasir şəhərlər və yaşayış məntəqələri dayanıqlı məkanlar kimi inkişaf etməlidir
-
Anar Kərimov: "Azərbaycan mənzil siyasətində "yaşıl maliyyələşmə"yə üstünlük verir"
-
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı! - 70%-dək xüsusi endirimlər - VİDEO
