Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm
"Pro" kateqoriyalı məşqçi lisenziyası aldıqdan sonra, Premyer Liqada baş məşqçi olmaq istəyirəm.
Bunu "Report"a açıqlamasında "Qarabağ"ın U-14 komandasının məşqçisi Maksim Medvedev deyib.
Azərbaycan millisinin sabiq üzvü baş məşqçi kimi uğur qazanmaq istədiyini bildirib:
"Hazırda "Qarabağ"ın 14 yaşadək futbolçulardan ibarət komandasında işləyirəm. Məqsədim uğur qazanmaqdır. Həm də məşqçilik kurslarına gedirəm. "Pro" kateqoriyalı məşqçi lisenziyası aldıqdan sonra, Premyer Liqada baş məşqçi olmaq istəyirəm. Təbii ki, bu birdən-birə olmur. Tədricən hər şey daha da yaxşı olacaq",
34 yaşlı mütəxəssis aşağı yaş qrupundan olan komandalarla işləməyin çətinliklərindən danışıb:
"Aşağı yaşda olan futbolçularla işləməyin çətin tərəfləri var. Bəzi şeyləri bir neçə dəfə təkrarlamalı olursan və bir də görürsən ki, dediyin söz sabah yadlarından çıxır. Bundan başqa, bu işin psixoloji tərəfi də var. Bəzilərinə üstünə qışqırırsan anlayışla qarşılayır. Bəziləri isə qəbullana bilmir və bu onun xoşuna gəlmir. İstənilən halda, çalışırıq ki, öz bilik və bacarıqlarımızı onlara öyrədək".
Qeyd edək ki, M.Medvedev 2006-cı ildən 2024-cü ilə qədər "Qarabağ"ın formasını geyinib.
Oxşar xəbərlər
"Qarabağ"ın futbol akademiyasında məşqçi təyinatları gerçəkləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Qəbələ”nin yeni məşqçisi Premyer Liqada qalacaqlarına əmindir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağabala Ramazanov: Məşqçi kurslarındakı çətinliklər məni qorxutmur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov "Qarabağ"da baş məşqçi kimi 400-cü qələbəsini qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qalatasaray"ın sabiq oyunçusu Türkiyə klubuna baş məşqçi təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












