Azərbaycan millisinin baş məşqçisi: "Emin Mahmudov keyfiyyətli futbolçudur"
Emin Mahmudov keyfiyyətli futbolçudur.
"Report" xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında keçiriləcək Estoniya və Slovakiya ilə oyunlardan öncə mətbuat konfransında bildirib.
O millinin kapitanı Emin Mahmudovla bağlı sualı cavablandırıb:
"O, oyunda elə qərarlar verə bilər ki bunu hər futbolçu bacarmır. Heç kim fikirləşməsin ki, həmişə oynayacaq. Bu qərarları baş məşqçi verir. Futbolçular dərk etməlidirlər ki, milliyə xidmət edirlər. Yığmaya çağırılmaq o demək deyil ki, 100 faiz oynayacaq. Müəyyən futbolçular var ki, daha çox oynayırlar. Bu, bütün yığmalarda belədir. Köməkçilərimlə birlikdə Azərbaycan çempionatının bütün oyunlarını izləyirik. Hər bir futbolçu diqqətdədir. Kimsə kiminsə dostudur deyə milliyə dəvət etmirik".
Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də “Lilleküla” stadionunda Estoniya yığması, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.
Oxşar xəbərlər
Fernandu Santuş: Milliyə çağırılan heç bir futbolçu ulduz deyil, ulduz göydə olur
Fernandu Santuş: "Hər oyuna qələbə istəyi ilə çıxırıq"
Emin Mahmudov: Çalışacağıq ki, İsveç üzərində qələbə qazanaq
Emin Mahmudov: Mən də penaltini qaçıra bilərdim
Arif Əsədov: Penaltini Emin Mahmudov vursaydı, daha yaxşı olardı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












