Fernandu Santuş: Milliyə çağırılan heç bir futbolçu ulduz deyil, ulduz göydə olur
Milliyə çağırılan heç bir futbolçu ulduz deyil, ulduz göydə olur.
"Report" xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında keçiriləcək İsveçlə oyundan öncə mətbuat konfransında bildirib.
Portuqaliyalı mütəxəssis alternativlər oıduğunu deyib:
"Avrokubok oyunlarını izlədim. Heyəti bu şəkildə açıqlamaq qərarına gəldim. Xaricdə oynayanlar zədələnsə, onları yerli futbolçular əvəz edəcək. Bütün çempionat oyunlarını izləyirik. "Turan Tovuz"dan iki oyunçu dəvət etmişik. Bu, onların lider olması ilə əlaqədar deyil. 4 komandadan futbolçu cəlb olunmayıb. Lakin heç kim deyə bilməz ki, gələcəkdə onlardan heç kim dəvət almayacaq".
O, iddialı komanda formalaşdırmaq istədiyini vurğulayıb:
"Elə komanda yaratmaq istəyirik ki futbolçular inamlı və iddialı olsunlar. İndiki məqamda rəqibləri yaxşı təhlil etmişik. Rəqib oyunçular haqqında ətraflı bilgiyə malikik. Əlimdəki futbolçuları klublardakı performanslarına görə çağırmışam.
Qeyd edək ki, yığma Millətlər Liqasında sentyabrın 5-də Bakıda İsveçlə, ayın 8-də isə Koşitsedə Slovakiya ilə qarşılaşacaq.
Oxşar xəbərlər
Fernandu Santuş: Bizim üçün əsas olan Azərbaycan bayrağı üçün oynamaqdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisinin baş məşqçisi: Reallıqlarla barışmaq lazımdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Portuqaliyalı mütəxəssis: Millidə yerli məşqçi mütləq olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuşa xüsusi mükafat təqdim olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlqar Qurbanov: Fernandu Santuşla görüşdük, planları müzakirə etdik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












