Arif Əsədov: Penaltini Emin Mahmudov vursaydı, daha yaxşı olardı
Penaltini Emin Mahmudov vursaydı, daha yaxşı olardı.
Bunu “Sizinxeber.az”a açıqlamasında, Azərbaycan yığmasının sabiq məşqçisi Arif Əsədov Millətlər Liqasında İsveçə qarşı oyunda Ramil Şeydayevin penalti zərbəsini boşa verməsinə münasibət bildirərkən deyib.
54 yaşlı mütəxəssis futbolçular arasında prinsipiallıq olmadığını düşünür:
“Oyundan öncə təlimatlar olur. Əsas penalti vuran Emin Mahmudovdur. Daha sonra Ramil Şeydayev və Toral Bayramov gəlir. Oyun vaxtı isə kim inamlıdırsa, o vura bilər. Yəqin ki, Ramil özünə inanırdı deyə, penaltini vurmaq istədi. Adətən belə olanda digər futbolçunun ürəyi qalır o zərbənin yanında və tərslikdən qol olmur. Düşünmürəm ki, bu futbolçular arasında hansısa prinsipiallıq var. Təbii ki, penaltini Emin Mahmudov vursaydı, daha yaxşı olardı. Çünki onun nə vaxtsa penalti qaçırdığı yadıma gəlmir”.
Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında İsveçə 1:3 hesabı ilə məğlub olub. Qarşılaşmanın 45+7-ci dəqiqəsində, hesab 0:0 olarkən millimizin hücumçusu Ramil Şeydayev penaltidən yararlana bilməyib.
Oxşar xəbərlər
Emin Mahmudov: Mən də penaltini qaçıra bilərdim
Emin Mahmudov: “Təzyiqin altından çıxa bilmədik”
Fernandu Santuş: “Penaltini Emin Mahmudov vurmalı idi”
Emin Mahmudov: Çalışacağıq ki, İsveç üzərində qələbə qazanaq
Maksim Medvedev: Futbol oynaya və qol imkanları yarada bilirik - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













