Emin Mahmudov: Mən də penaltini qaçıra bilərdim
Bunu 100 faiz dəqiq demək mümkün deyil. Mən də penaltini qaçıra bilərdim.
Bunu "Sizinxeber.az"a açıqlamasında Azərbaycan millisinin kapitanı Emin Mahmudov İsveçə uduzduqları UEFA Millətlər Liqasının oyununda 11 metrlik cərimə zərbəsini Ramil Şeydayevin yerinə yetirməsi ilə bağlı danışarkən deyib.
Təcrübəli yarımmüdafiəçi komanda yoldaşının zərbəni yerinə yetirmək istəyi ilə ona yaxınlaşdığını bildirib:
"Burada heç bir problem yoxdur. Ramil yığmada daha əvvəl də penalti vurub".
Mahmudov qarşılaşma haqqında da danışıb:
"Məğlubiyyətin ilk səbəbi qol şanslarından istifadə edə bilməməyimizdir. Ötən il Avropa çempionatının seçmə mərhələsində bu rəqiblə matçda əlimizə düşən fürsətləri dəyərləndirdik. İndi isə epizodları qola çevirə bilmədik. Belə yaxşı komandalar bunu bağışlamır. Rəqib keyfiyyətli oyunçulardan təşkil olunub. İlk qolu əks-hücumda vurdular. Biz qolları vursaydıq, başqa cür ola bilərdi. Amma artıq görüş bitib və heç nəyi dəyişə bilmərik".
Kapitan sentyabrın 8-də səfərdə Slovakiya ilə üz-üzə gələcəkləri matça toxunub:
"Bu görüşdə yaxşı oyun göstərmək niyyətindəyik. Rəqib Avropa çempionatında yaxşı təsir bağışlayıb. Yaxşı nəticə qazanmağa çalışacağıq".
Qeyd edək ki, sentyabrın 8-də Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda keçiriləcək Slovakiya - Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 20:00-da səsləndiriləcək. Yığmamız Millətlər Liqasının C Liqasının I qrupunun ilk görüşündə, Tofiq Bəhramov adına Respublika stadionunda İsveçə 1:3 hesabı ilə uduzub.
Oxşar xəbərlər
Arif Əsədov: Penaltini Emin Mahmudov vursaydı, daha yaxşı olardı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fernandu Santuş: “Penaltini Emin Mahmudov vurmalı idi” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Emin Mahmudov: “Təzyiqin altından çıxa bilmədik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Emin Mahmudov: Çalışacağıq ki, İsveç üzərində qələbə qazanaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maksim Medvedev: Futbol oynaya və qol imkanları yarada bilirik - MÜSAHİBƏ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












