"Qarabağ"ın baş məşqçisi: "UEFA Avropa Liqasının yeni formatına tam öyrəşə bilməmişik"
sizinxeber.az xəbər saytı

"Qarabağ"ın baş məşqçisi: "UEFA Avropa Liqasının yeni formatına tam öyrəşə bilməmişik"


UEFA Avropa Liqasının yeni formatına tam öyrəşə bilməmişik.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçin "Malmö" klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunun oyunundan öncə baş tutan mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis əvvəlki formatın onlara daha uyğun gəldiyini söyləyib:

"Düzünü desəm, yeni formata hələ uyğunlaşmamışıq. Bizim kimi futbol ölkələrinə az komandanın yer aldığı qrupda olmaq sərf edir. Çünki biri var 3-4 komandanı təhlil edəsən, biri də var 36 komandanın oyunlarını yaxından izləyəsən. Lakin istənilən halda bu bizə problem yaratmamalıdır. Çünki futbolun dili birdir".

Qeyd edək ki, “Qarabağ” – “Malmö” görüşü oktyabrın 3-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Oxşar xəbərlər

Qurban Qurbanov: "Özünə məxsus oyun tərzi olan komandaya qarşı mübarizə aparacağıq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Qarabağ"ın braziliyalı müdafiəçisi 3 oyunda meydana çıxa bilməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: 0:3 hesabı ilə uduzmağa layiq deyildik [xfgiven_updateblue][/xfgiven_updateblue]
UEFA Avropa Liqası: "Qarabağ"ın açıq məşqi və mətbuat konfransının vaxtı müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Dinamo"nun baş məşqçisi: "Qarabağ"ın bu cür uğurlu çıxışları bizə xəbərdarlıqdır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər