"Arsenal"la matçda topu rəqib futbolçunun başına atan Erlinq Holann cəzalanmayacaq
İngiltərə Premyer Liqasının V turunda "Arsenal"la keçirilən matçda topu rəqib futbolçunun başına atan "Mançester Siti" klubunun futbolçusu Erlinq Holann cəzalanmayacaq.
"Sizinxeber.az" "Sky Sports"a istinadən xəbər verir ki, 24 yaşlı hücumçu sözügedən qarşılaşmanın 90+8-ci dəqiqəsində komanda yoldaşı Con Stounzun fərqlənməsindən sonra topu əlinə alaraq "topçular"ın müdafiəçisi Qabriel Maqalyaesin başına çırpıb.
VAR hakimi Con Bruks həmin epizodda hər hansısa qayda pozuntusunun olmadığını və hadisənin oyun dayandıqdan sonra baş verdiyini bildirib.
Nəticədə həmin hərəkətin aqressiv davranış kimi qiymətləndirilməyib.
Qeyd edək ki, "Mançester Siti" - "Arsenal" matçı heç-heçə yekunlaşıb - 2:2.
Oxşar xəbərlər
Erlinq Holann Premyer Liqada yeni rekorda imza atıb
İngiltərə Premyer Liqası: “Mançester Siti” “Arsenal”la matçda son dəqiqədə məğlubiyyətdən xilas olub
Erlinq Holann "Brendford"la matçı buraxa bilər
Erlinq Holann 4 tur ərzində Premyer Liqa komandalarından daha çox qol vurub
İngiltərə Premyer Liqasının ən yaxşı oyunçularının siyahısı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













