Kriştianu Ronaldu Asiya Çempionlar Liqasında vurduğu qolu atasına həsr edib
sizinxeber.az xəbər saytı

Kriştianu Ronaldu Asiya Çempionlar Liqasında vurduğu qolu atasına həsr edib


Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu Asiya Çempionlar Liqasının II turunda Qətərin “Ər-Rayyan” komandasına vurduğu qolu mərhum atasına həsr edib.

"Report" "A Bola"ya istinadən xəbər verir ki, ulduz futbolçu vurduğu qolun fərqli olduğunu və onu atasının ad gününə həsr etdiyini bildirib.

O, "Ər-Rayyan"la matçın 77-ci dəqiqəsində fərqlənib.

Qeyd edək ki, K.Ronaldunun atası Xose Diniş Aveyru DÇ-2006-nın seçmə mərhələsində 2005-ci ildə Moskvada baş tutan Rusiya - Portuqaliya matçından (0:0) əvvəl qaraciyər çatışmazlığından dünyasını dəyişib.

Oxşar xəbərlər

Asiya Çempionlar Liqası: Ronaldusuz "Əl-Nəsr" ilk matçını keçirib
Kriştianu Ronaldunun qol vurduğu matçda komandası qələbə qazanıb
Kriştianu Ronaldu virusa yoluxub
Ronaldu karyerasında 900 qol vuran ilk futbolçu olub
Ronaldu tarixin ən yaxşı klubunun adını açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər