Ronaldu karyerasında 900 qol vuran ilk futbolçu olub
Futbol üzrə Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu Millətlər Liqasının qrup mərhələsində Xorvatiya ilə oyunda qol vurub.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
Qeyd olunur ki, Ronaldu üçün bu qol karyerasında 900-cü olub, o, tarixdə bu rekorda çatan ilk futbolçu olub. Hücumçu İspaniyanın "Real Madrid" komandasında (450 qol) vurub və Portuqaliya millisi (131) tarixinin bombardiridir. O, həmçinin İngiltərənin "Mançester Yunayted"ində 145, İtaliyanın "Yuventus"unda 101, Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında 68, Portuqaliyanın “Sportinq” komandasında 5 qol vurub.
Beynəlxalq Futbol Federasiyası Assosiasiyasının (FİFA) məlumatına görə, Ronaldu 2022-ci ilin martında rəsmi oyunlarda vurduğu qolların sayına görə avstriyalı və çexoslovakiyalı hücumçu Yozef Biçanı keçərək, ən çox qol vuran futbolçu olub. FİFA qeyd edib ki, Bican təxminən 805 qolun müəllifidir; vurulan qolların dəqiq sayı məlum deyil. Bican 1931-1957-ci illərdə oynayıb.
Ronaldunun 39 yaşı var, o, Çempionlar Liqasının 5 qat qalibi, Avropa çempionu və Millətlər Liqasının qalibidir. Portuqaliyalı milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası və Klublararası Dünya Çempionatları tarixində ən çox qol vuran futbolçudur. Futbolçu 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir.
Oxşar xəbərlər
Ronaldu 1000 qol vurduqdan sonra karyerasını bitirəcək
UEFA Kriştianu Ronaldunu xüsusi mükafata layiq görüb
Ronaldu sosial şəbəkədə yeni rekorda imza atıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
