Mahir Emrelinin “Nürnberq”də komanda ilə məşqlərə başlayacağı vaxt müəyyənləşib
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Almaniyanın “Nürnberq” klubunda komanda ilə məşqlərə başlayacağı vaxt müəyyənləşib.
"Sizinxeber.az" "Bild" nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu sentyabrda, yığmaların beynəlxalq matçlarından sonra kollektivə qoşula biləcək.
Emreli hazırda II Bundesliqa təmsilçisində reabilitasiya üzrə məşqçi Cerald Ştürzenhofekerlə birlikdə fərdi məşqlər edir.
“Nürnberq”in baş məşqçisi Miroslav Kloze azərbaycanlı forvardın yaşıl meydanlara qayıtması ilə bağlı bunları söyləyib:
"Hələlik proqnoz vermək çətindir. Həftədən-həftəyə reaksiyanın nə olduğunu görməliyik".
Qeyd edək ki, M.Emreli “Nürnberq” ilə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər.
Oxşar xəbərlər
Miroslav Kloze: Mahir Emreli yaxşı təcrübəyə malikdir
"Nürnberq" klubunun rəsmiləri Mahir Emrelinin transferini dəyərləndirib
Almaniya klubu Mahir Emrelinin keçidini açıqlayıb
Mahir Emreli: Tezliklə meydana qayıtmaq üçün əlimdən gələni edəcəyəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
