Almaniya klubu Mahir Emrelinin keçidini açıqlayıb
sizinxeber.az xəbər saytı

Almaniya klubu Mahir Emrelinin keçidini açıqlayıb


Almaniyanın "Nürnberq" klubu Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin keçidini açıqlayıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Almaniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

27 yaşlı hücumçu "qırmızı-qaralar"la 1 illik sözləşmə imzalayıb. Onun müqaviləsinin müddəti mövsümün sonunda artırıla bilər.

Qeyd edək ki, M.Emrelinin son olaraq çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Oxşar xəbərlər

Mahir Emreli: Tezliklə meydana qayıtmaq üçün əlimdən gələni edəcəyəm

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər