"Nürnberq" klubunun rəsmiləri Mahir Emrelinin transferini dəyərləndirib
sizinxeber.az xəbər saytı

"Nürnberq" klubunun rəsmiləri Mahir Emrelinin transferini dəyərləndirib


Almaniyanın “Nürnberq” klubunun rəsmiləri Mahir Emrelinin transferini dəyərləndirib.

“Report” II Bundesliqa klubun rəsmi saytına istinadən xəbər verir ki, idman direktorları hazırda zədəli olan 27 yaşlı futbolçuya lazımi dəstək göstəriləcəyini bildiriblər.

Yoti Çatzialexu: “Biz şüurlu şəkildə bu transferə qərar verdik, çünki Mahirin keyfiyyətinə əminik. O, təcrübəli hücumçudur və məqsədin nə olduğunu bildiyini nümayiş etdirir. “Nürnberq” olaraq bu kateqoriyadan bir oyunçu ilə müqavilə imzalamağımız bizi qürurlandırır. Mahirlə görüşməyi səbirsizliklə gözləyirik və sağalması üçün mümkün olan ən yaxşı dəstəyi göstərəcəyik”.

Olaf Rebbe: “Mahir hücumçunun ehtiyac duyduğu bir çox komponentləri özündə birləşdirir. O, yaxşı ölçülərə malikdir, texniki cəhətdən keyfiyyətlidir, həmçinin güclü bitiricilik bacarıqlarına malikdir. İndi bizim işimiz onu mümkün qədər tez komandaya və oyunumuza inteqrasiya etməkdir”.

Qeyd edək ki, M.Emreli yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər.

Oxşar xəbərlər

Mahir Emreli: Tezliklə meydana qayıtmaq üçün əlimdən gələni edəcəyəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniya klubu Mahir Emrelinin keçidini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mahir Emreli rəsmən "Dinamo"dan ayrılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: "Traktor" Mahir Emrelini transfer etmək istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mahir Emrelinin "Nürnber"ə keçidi rəsmiləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər