sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Mahir Emreli: Tezliklə meydana qayıtmaq üçün əlimdən gələni edəcəyəm
Tezliklə meydana qayıtmaq üçün əlimdən gələni edəcəyəm.
"Sizinxeber.az" xəbər verir ki, bunu Almaniya təmsilçisi "Nürnberq"ə keçidi rəsmiləşən Azərbaycan millisinin futbolçusu Mahir Emreli klubun rəsmi saytına açıqlamasında deyib.
"Şüurlu şəkildə bu ölkəyə köçməyə qərar verdim. Son bir neçə gün ərzində ərazi və ətraf haqqında yaxşı təəssürat əldə edə bildim. Tez sağalmağım üçün klubda hər cür şərait mövcuddur. "Nürnberq"də çıxış edəcəyim vaxtı səbirsizliklə gözləyirəm", - deyə 27 yaşlı hücumçu bildirib.
Qeyd edək ki, Mahir Emreli II Bundesliqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb. Onun sözləşməsinin müddəti mövsümün sonunda artırıla bilər.
Oxşar xəbərlər
Almaniya klubu Mahir Emrelinin keçidini açıqlayıb
Mahir Emreli rəsmən "Dinamo"dan ayrılıb
Mahir Emreli Almaniya klubu ilə müqavilə bağlayıb
Mahir Emreli "Dinamo Zaqreb"dən ayrılıb
Mahir Emreli: Heç vaxt bu qədər futboldan kənarda qalmamışdım
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













