Vəli Qasımov: "Qarabağ" "Ludoqorets"lə matçdakı oyunu təkrarlasa, qrup mərhələsinə yüksələcək
"Qarabağ" "Ludoqorets"lə matçdakı oyunu təkrarlasa, qrup mərhələsinə yüksələcək.
Bunu "Sizinxeber.az"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov deyib.
Təcrübəli mütəxəssis "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində üz-üzə gələcəyi "Dinamo" (Zaqreb, Xorvatiya) ilə görüş barədə danışıb:
"Qarabağ" çox gözəl futbol oynayır. Hər matçdan sonra gücünü bir qədər də artırır. Pley-offda rəqib "Dinamo" olacaq. Çətin komanda ilə qarşılaşacağıq. Deyə bilərəm ki, xorvatlarla matç asan keçməyəcək. "Qarabağ" "Ludoqorets"lə matçdakı oyunu təkrarlasa, qrup mərhələsinə yüksələcək. İndiki vəziyyətdə hər iki komandanın şanslarını 50-nin 50-yə görürəm".
Qeyd edək ki, "Dinamo" və "Qarabağ" komandaları arasında ilk matç bu gün, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması isə avqustun 28-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Oxşar xəbərlər
Vəli Qasımov: "Qarabağ" "Ludoqorets"lə matçdakı oyunu təkrarlasa, əsas mərhələyə yüksələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mahmud Qurbanov: “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə düşmək şansı böyükdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurban Qurbanov: Çox istəyirik ki, qrup mərhələsinə vəsiqə əldə edək [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Dinamo"nun baş məşqçisi: "Qarabağ"ın uğurlu çıxışı bizə xəbərdarlıqdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Dinamo"nun baş məşqçisi: "Qarabağ"ın bu cür uğurlu çıxışları bizə xəbərdarlıqdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












