Çempionlar Liqası: "Qarabağ" səfərdə Bolqarıstan klubu ilə qarşılaşacaq
"Qarabağ" UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu bu gün keçirəcək.
"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda III təsnifat mərhələsinin cavab matçında Bolqarıstanda "Ludoqorets"in qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Görüşü italiyalı Simon Sozza idarə edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan ilk oyunda qonaqlar 2:1 hesablı qələbəyə seviniblər.
UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
22:00. “Ludoqorets” - “Qarabağ”
Baş hakim: Simon Sozza.
"Ludoqorets Arena".
İlk oyun: 2:1.
Qeyd edək ki, cütün qalibi ÇL-in pley-off mərhələsində “Dinamo” (Zaqreb, Xorvatiya) ilə üz-üzə gələcək. Məğlub tərəf isə UEFA Avropa Liqasında "Petrokub" (Moldova) – TNS (Uels) duelinin güclüsü ilə görüşəcək.
Oxşar xəbərlər
Çempionlar Liqası: "Qarabağ" bu gün Bolqarıstan klubunu qəbul edəcək
UEFA Çempionlar Liqası: "Qarabağ" - "Ludoqorets" matçı start götürüb
UEFA Çempionlar Liqası: "Qarabağ" - "Ludoqorets" matçında ilk hissə başa çatıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
