"Qarabağ" yoxlama oyununda Ukraynanın "Xarkov" komandasına uduzub
sizinxeber.az xəbər saytı

"Qarabağ" yoxlama oyununda Ukraynanın "Xarkov" komandasına uduzub


Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" sözügedən ölkədə daha bir yoxlama oyunu keçirib.

"Report"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv Ukrayna təmsilçisi "Xarkov"la üz-üzə gəlib.

Qarşılaşma rəqibin 6:2 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını Jali Muaddib və Kadi Borges (p) vurublar.

"Köhlən atlar" bu gün daha bir yoxlama matçına çıxacaq. Ağdam klubu Bakı vaxtı ilə saat 19:30-da start götürəcək oyunda Macarıstan təmsilçisi "Ferentsvaroş"la qarşılaşacaq.

Xatırladaq ki, Avstriyadakı ilk yoxlama oyununda "Tirol"a 4 cavabsız qolla qalib gələn "Qarabağ" Bakıda "Zirə"ni üstələyib - 4:3.

Oxşar xəbərlər

"Qarabağ" bu gün Avstriyada iki yoxlama oyunu keçirəcək
“Qarabağ” Avstriyada ilk yoxlama oyununda məğlub olub
"Qarabağ" Avstriyada bu gün ilk yoxlama matçına çıxacaq
“Qarabağ” növbəti yoxlama oyununu keçirib
"Qarabağ" Niderland klubunu məğlub edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər