BANM "Times Higher Education Impact Rankings"dəki mövqeyini yaxşılaşdırıb
sizinxeber.az xəbər saytı

BANM "Times Higher Education Impact Rankings"dəki mövqeyini yaxşılaşdırıb


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Bakı Ali Neft Məktəbi (BANM) "Times Higher Education (THE) Impact Rankings 2026" reytinqində dünyanın aparıcı ali təhsil müəssisələri arasında 401-600 diapazonunda qərarlaşıb.

"Report" xəbər verir ki, BANM ötən il bu nüfuzlu reytinqdə ilk dəfə iştirak edərək 801-1000 diapazonunda yer almışdı.

Bu il isə BANM qısa müddətdə mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq beynəlxalq səviyyədə dayanıqlı inkişaf istiqamətində əldə etdiyi nailiyyətləri bir daha təsdiqləyib.

BANM-in ümumi göstəricisi 70,7 bal olub və 1 603 ali təhsil müəssisəsi arasında qiymətləndirilib.

Ali məktəb aşağıdakı 5 Dayanıqlı İnkişaf Məqsədi (DİM) üzrə yüksək nəticələr əldə edib:

- DİM 10 – Bərabərsizliyin azaldılması – dünya üzrə 80-ci yer;

- DİM 12 – Məsuliyyətli istehlak və istehsal - 101–200;

- DİM 8 – Layiqli əmək və iqtisadi artım – 101–200;

- DİM 4 – Keyfiyyətli təhsil – 101–200;

- DİM 17 – Məqsədlər naminə tərəfdaşlıq – 61.6 bal.

"THE Impact Rankings" universitetlərin təhsil, tədqiqat, idarəetmə və ictimai fəaliyyətlərinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfəsini qiymətləndirən dünyanın ən nüfuzlu beynəlxalq reytinq sistemlərindən biridir.

Bu uğur BANM-in dayanıqlı inkişaf, inklüziv təhsil, beynəlxalq əməkdaşlıq və cəmiyyətə təsir sahələrində həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

Oxşar xəbərlər

Naxçıvan Dövlət Universiteti dünyanın ən yaxşı TOP 800-1000 universiteti arasında
İlk dəfə 28 Azərbaycan universiteti “Times Higher Education Impact 2025” reytinqində təmsil olunub
Türkiyə-Azərbaycan Universitetinə görə BANM-in Xətai korpusu köçürülüb
Elmar Qasımov: "Bakı Ali Neft Məktəbində 24 ölkədən əcnəbi tələbə təhsil alır"
Azərbaycanın 2 ali təhsil müəssisəsi nüfuzlu reytinq cədvəlində yer alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər