Nestor Lorenso: "Kolumbiya millisi olaraq Portuqaliyadan yaxşı oynadıq"
sizinxeber.az xəbər saytı

Nestor Lorenso: "Kolumbiya millisi olaraq Portuqaliyadan yaxşı oynadıq"


Kolumbiya millisi Portuqaliyadan daha yaxşı oynayıb.

"Report" FIFA-ya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Nestor Lorenso Portuqaliyaya qarşı baş tutan oyundan sonra deyib.

Mütəxəssis bərabərə bitən oyun barədə danışıb:

"Düşünürəm ki, Kolumbiya komandası oyunun əvvəlindən sonuna qədər çox yaxşı çıxış etdi. Qələbəyə layiq idik, çox sayda qol şansı yaratdıq, sadəcə son zərbələrdə dəqiqlik çatmadı.

Futbolçularımı göstərdikləri böyük əzmkarlığa görə təbrik etmək istəyirəm, onlar bu gün meydanda əla performans sərgilədilər. Portuqaliya güclü komandadır və yaxşı baş məşqçiyə malikdir, lakin, fikrimcə, bu gün biz onlardan daha yaxşı oynadıq".

Qeyd edək ki, Kolumbiya - Portuqaliya matçında hesab açılmayıb - 0:0.

Oxşar xəbərlər

Nestor Lorenzo: "Konqo DR ilə oyunda daha yaxşı nəticəyə layiq idik"
Nestor Lorenso: "Özbəkistanla matçda stadionun ab-havası oyunçularda psixoloji gərginlik yaratdı"
Sebastyen Desabr: "Portuqaliya və Kolumbiya ilə oyunlar bizə böyük təcrübə qazandırdı"
Portuqaliyanın qapıçısı Diequ Koşta Kolumbiya ilə oyunun ən yaxşısı adına layiq görülüb
DÇ-2026: Kolumbiya K qrupunu birinci, Portuqaliya ikinci sırada tamamlayıb - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər