“Qarabağ” növbəti yoxlama oyununu keçirib
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu növbəti yoxlama oyununu keçirib.
"Sizinxeber.az"un məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderland təmsilçisi "Tvente" ilə üz-üzə gəlib
Qarşılaşma Ağdam komandasının 1:2 hesablı məğlubiyyəti ilə bitib.
"Köhlən atlar" bu gün ilk matçda bu rəqibə qalib gəlmişdi - 3:2.
Azərbaycan çempionu Avstriyadakı ilk qarşılaşmada Ukraynanın "Metallist" (Xarkov) kollektivinə uduzub - 4:5. "Köhlən atlar" Bakıdakı yoxlama matçında isə "Zirə"ni 4 cavabsız qolla üstələyib.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.
Oxşar xəbərlər
"Qarabağ" Niderland klubunu məğlub edib
“Qarabağ” Avstriyada ilk yoxlama oyununda məğlub olub
"Qarabağ" Avstriyada bu gün ilk yoxlama matçına çıxacaq
"Qarabağ" məşqçisini rəqiblərin oyununu izləmək üçün İrlandiyaya göndərəcək
"Qarabağ" yoxlama görüşündə "Zirə"yə qalib gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













