Argentina klubunun üç futbolçusu sifilisə yoluxub
sizinxeber.az xəbər saytı

Argentina klubunun üç futbolçusu sifilisə yoluxub


Argentinanın "Boka Xuniors" klubunun adları açıqlanmayan üç futbolçusu dəri-zöhrəvi xəstəliyi olan sifilisə yoluxub.

"Report" xəbər verir ki, bu barədə "Cronica TV" məlumat yayıb.

Ötən həftə tibbi müayinədən keçən 34 komanda üzvündən üçünün analizinin nəticəsi onların cinsi yolla keçən xəstəlikdən əziyyət çəkdiyini üzə çıxarıb. Məşqçilər heyəti və klub rəhbərliyi bu barədə məlumatlandırılıb. Klubun mətbuat xidməti hadisə ilə bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, Argentina çempionatında geridə qalan 27 turdan sonra "Boka Xuniors" 42 xalla turnir cədvəlinin 6-cı pilləsində yer alıb.

Oxşar xəbərlər

Edinson Kavani "Boka Xuniors"la müqavilə müddətini uzadıb
"Real"ın keçmiş futbolçusu Argentina klubunun baş məşqçisi olub
Məşhur futbolçu Argentina klubuna keçməkdən imtina edib
Argentina yığmasının sabiq futbolçusu karyerasını bitirib
Argentinanın nəhəng klubu 18 ildən sonra dünya çempionatına qatılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər