Komitə sədri: Azərbaycanda dini dəyərlər ictimai mühitin ayrılmaz hissəsi kimi qorunur
Azərbaycanda dini dəyərlər ictimai mühitin ayrılmaz hissəsi kimi qorunur.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Şəkidə keçirilən "Heydər Əliyev irsində Azərbaycançılıq və milli-mənəvi dəyərlər" mövzusunda regional konfransdakı çıxışında deyib.
Komitə sədri bildirib ki, multikulturalizm ənənələrinin beynəlxalq miqyasda təbliği istiqamətində həyata keçirilən layihələr Azərbaycanın bu sahəyə verdiyi yüksək qiymətin bariz nümunələridir:
"Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun öz çoxşaxəli fəaliyyəti ilə zəngin mədəni və dini mirasın qorunmasında, bərpasında və dünyaya tanıdılmasında çox böyük xidmətləri var. Fond tərəfindən ölkəmizin müxtəlif bölgələrində, eləcə də işğaldan azad edilmiş torpaqlarımızdakı tarixi-dini abidələrin, məscidlərin, ziyarətgahların yenidən tikilməsi və bərpası, Azərbaycanın multikulturalizm ənənələrinin beynəlxalq miqyasda təbliği istiqamətində həyata keçirilən layihələr bu sahəyə verilən yüksək qiymətin bariz nümunələridir.
Dünya mədəni irsinin qorunmasına yönəlmiş təşəbbüslər isə ölkəmizin sivilizasiyalararası dialoq və humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirir. Məhz dini tolerantlığın, eləcə də inklüzivlik və mədəni rəngarəngliyin qorunması sahəsindəki bu ardıcıl fəaliyyət cəmiyyətdə vətənpərvərlik ruhunun daha da qüvvətlənməsinə dəstək olub. Bu reallıq isə xüsusilə Vətən müharibəsi dövründə xalqımızın nümayiş etdirdiyi misilsiz həmrəylik və dövlətə sədaqətdə öz parlaq ifadəsini tapıb".
R.Məmmədov ölkədə dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulduğunu vurğulayıb:
"Xalqımızın çətin məqamlarda göstərdiyi birlik bir tərəfdən siyasi və ictimai iradənin, digər tərəfdən isə ölkəmizdə formalaşmış sabitliyin, müxtəlif dini konfessiyalar arasında qarşılıqlı hörmət və etimad mühitinin göstəricisidir. Azərbaycanda dövlət-din münasibətlərinin sağlam əsaslar üzərində qurulması və dini dəyərlərin ictimai mühitin ayrılmaz hissəsi kimi qorunması Azərbaycançılıq məfkurəsinin uğurla reallaşdığını göstərir".
Oxşar xəbərlər
Ramin Məmmədov: Azərbaycançılıq keçmişimizin mənəvi kodu və gələcəyimizin ideoloji yol xəritəsidir
Ramin Məmmədov: Dinin mahiyyətinin olduğu kimi təbliğində din xadimlərinin üzərinə böyük məsuliyyət düşür
Ramin Məmmədov: Azad edilmiş ərazilərdə məscidlərin bərpası mənəvi yaddaşın dirçəldilməsi üçün əhəmiyyətlidir
Ramin Məmmədov: Ölkədə dini ekstremizmlə mübarizə nəzəri modellərin praktik sintezinə əsaslanır
Ağdam və Zəngilan məscidlərinə din xadimləri təyin olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp dünyanı ŞOKA saldı: İran tamamilə təslim oldu!
-
Dubay şahzadəsinin azərbaycanlı keçmiş xanımı və üç qızı qaçırıldı
-
İranın futbol millisinə DÇ-2026-da iştirak üçün viza verilib
-
EBRD Qafqaz regionuna yeni rəhbər təyin edib
-
Azərbaycan daşımalarla bağlı Çinlə birbaşa məlumat mübadiləsi qurmağa başlayıb
-
Küveyt İrana nota verib, diplomatlarını “persona-non grata” elan edib
