Brüsseldə Azərbaycanın Müstəqillik Günü münasibətilə “Suqovuşan” II minifutbol turniri keçirilib
Belçikanın paytaxtı Brüsseldə Azərbaycanın Müstəqillik Günü münasibətilə artıq ikinci dəfə keçirilən “Suqovuşan” adlı simvolik minifutbol turniri başa çatıb.
“Report”un Avropa bürosunun məlumatına görə, turnir NATO-nun mənzil-qərargahı komandasının qələbəsi ilə yekunlaşıb.
İkinci yeri “MADANI Heroes” komandası tutub.
“Madani” Azərbaycan mədəniyyət mərkəzinin rəhbəri Emin Əliyevin sözlərinə görə, burada toplanan iştirakçılar və qonaqlar təkcə futbol oynamaq üçün gəlməyiblər:
“Bu turnir səmimi şəkildə fəxr etdiyimiz birlik, idman ruhu və beynəlxalq dostluq ənənəsinin davamının göstəricisidir. Suqovuşan sadəcə coğrafi ad deyil, ümid, dözümlülük və qələbə simvoludur".
“Biz bu turnirə keçən il 12 komandanın iştirakı ilə başladıq. Lakin ötən müddət ərzində o, əhəmiyyətli dərəcədə böyüdü və indi tədbirimiz təkcə Belçikadan deyil, həm də Almaniya, Niderland, Lüksemburq və Fransadan olan digər diaspor icmalarının komandalarının iştirakı ilə parlaq bir hadisəyə çevrilib. Xüsusilə Brüsseldə yerləşən diplomatik missiyaların iştirakı ilə fəxr edirik və dəvətimizi qəbul edən hər kəsə minnətdarıq”, – o qeyd edib.
Yarışda Türkiyə, Qazaxıstan, Pakistan, Qırğızıstan, Tacikistan və Azərbaycan səfirliklərinin komandaları, həmçinin Azərbaycanın AŞPA-dakı nümayəndəliyinin əməkdaşlarının iştirakı ilə Strasburqdan olan komandalar iştirak ediblər.
E.Əliyev Azərbaycanın Belçika, Lüksemburq və Aİ-dəki səfirliyinə xüsusi minnətdarlığını ifadə edərk bildirib ki, diplomatik nümayəndəlik artıq ikinci ildir turnirin keçirilməsinə dəstək göstərir və onun uğurlu olması üçün çox səy göstərib.
Azərbaycanın Brüsseldəki diplomatik nümayəndəliyinin rəhbəri Vaqif Sadıxov öz növbəsində belə gözəl tədbirin təşkilinə görə "MADANI" platformasına təşəkkür edib, qardaş və dost ölkələr olan Qırğızıstan, Pakistan, Tacikistan, Özbəkistan, Qazaxıstan səfirliklərindən olan həmkarlarını və onların komandalarını salamlayıb, hamıya turnirdə uğurlar arzulayıb.
Turnirdə həmçinin uşaq komandaları da iştirak edib, onlar da yekunda kubok, medal və Azərbaycan simvolları olan xatirə hədiyyələri ilə təltif olunublar.
Oxşar xəbərlər
Vaqif Sadıxov: Müstəqillik Günü Azərbaycan xalqı üçün vacib tarixdir
GİN rəsmisi: "Turniri təşkil etməkdə məqsəd sağlam həyat tərzinə, idmana olan həvəsi artırmaqdır"
Sumqayıtda minifutbol turniri keçirilib
Azərbaycanın minifutbol yığması Slovakiyada Millətlər Liqasında ikinci yeri tutub
Azərbaycanın minifutbol yığması Slovakiyada keçirilən Millətlər Liqasında ikinci yeri tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Anaklaudia Rossbax: Bakıdakı WUF13 UN-Habitat tarixində ən böyük forum olub
-
“Hizbullah” son bir ayda 48 İsrail tankını sıradan çıxardığını iddia edib
-
Pentaqon Aya uçan ilk astronavtlardan birinin UNO ilə bağlı ifadələrini yayıb - FOTO
-
Daha bir itkin-şəhid dəfn ediləcək
-
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
