"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir
sizinxeber.az xəbər saytı

"Real" Modriç və Vaskeslə müqavilənin müddətini iki həftə uzatmaq niyyətindədir


"Real" 2 futbolçusu ilə qəribə müqavilə imzalamaq niyyətindədir.

Apasport.az xəbər verir ki, klub Luka Modriç və Lukas Vaskeslə sözləşmənin müddətini uzatmaq niyyətindədir.

Lakin müqavilə müddəti cəmi 2 həftəlik nəzərdə tutulub.

İyun ayının 30-da sözləşməsi bitəcək olan futbolçularla əməkdaşlıq iyulun 13-nə qədər davam edə bilər.

Buna səbəb Klublararası Dünya Çempionatının yayda keçirilməsidir. Turnirin təşkilatçısı olan FIFA klublardan futbolçularla müqavilələri qısamüddətli də olsa, uzatmağı xahiş edib.

Vaskes komandanı tərk etmək niyyətindədir. Modriç isə hələ ki, danışıqlar prosesini davam etdirir.

Oxşar xəbərlər

Luka Modriç daha bir mövsüm "Real"da qalmaq istəyir
"Mançester Yunayted" Kamavinqanı heyətinə qatmaq niyyətindədir
"Real Madrid " Mario Hermosonu transfer etmək niyyətindədir
Bundesliqanın iki klubu Mahir Emrelini transfer etmək istəyir
"Bavariya" Manuel Noyerlə müqaviləni uzatmaq niyyətindədir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle