Modriç "Real" tarixində ən çox titul əldə edən futbolçu olub
sizinxeber.az xəbər saytı

Modriç "Real" tarixində ən çox titul əldə edən futbolçu olub


Xorvatiyalı futbolçu Luka Modriç İspaniyanın "Real" klubunun tarixinə düşüb.

"Report"un məlumatına görə, 38 yaşlı yarımmüdafiəçi Madrid təmsilçisində ən çox titul qazanan oyunçu adına sahib çıxıb.

O, son olaraq ötən gün komanda ilə UEFA Superkubokunu qazanıb. Bu Modriçin "Kral klubu"nda 27-ci tituludur.

İkinci sırada Dani Karvahal və Naço Fernandes (hər ikisi 26 titul) qərarlaşıb. İlk "üç-lüy"ü "Real"ın keçmiş futbolçuları Kərim Benzema ilə Marselo (hər ikisi 25) tamamlayır.

Qeyd edək ki, "Real" tarixində 6-cı dəfə UEFA Superkubokunu qazanmaqla rekorda imza atıb. İspaniyanın "Barselona" və İtaliyanın "Milan" komandalarının beş belə mükafatı var.

Oxşar xəbərlər

"Real" altıncı dəfə UEFA Superkubokunun qalibi olub
“Real Madrid” UEFA Superkubokunun qalibi olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər