Azərbaycanın çimərlik güləşçiləri Xorvatiyada iki beynəlxalq turnirdə mübarizə aparacaqlar
sizinxeber.az xəbər saytı

Azərbaycanın çimərlik güləşçiləri Xorvatiyada iki beynəlxalq turnirdə mübarizə aparacaqlar


Azərbaycanın çimərlik güləşçiləri Xorvatiyanın Poreç şəhərində 2 beynəlxalq yarışda iştirak edəcək.

"Sizinxeber.az" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, sabah U-17 yaş qrupu üzrə Avropa çempionatı baş tutacaq.

Qitə birinciliyində baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Əlirza Heybətli, Elcan Həsənov (hər ikisi 60 kq), Rəşad Əliyev (70 kq), Elvin Hacıquliyev, Ruslan Vəliyev (hər ikisi 80 kq), Möhlət Qasımov və Tural Eynullayev (90 kq) uğur qazanmağa çalışacaq.

Mayın 30-31-də isə böyüklər qum üzərinə çıxacaq. Dünya Seriyasının II mərhələsində baş məşqçi Oyan Nəzəriani və məşqçi kimi yarışda debüt edəcək İbrahim Yusubovun rəhbərliyi altında Rübail İbrahimli (70 kq), Sahib Dadaşov (80 kq), Vüsal Əliyev (80 kq), Əşrəf Aşırov (90 kq) və İslam İlyasov (+90 kq) mübarizə aparacaq.

Hər iki yarışda I-S dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyacaq.

Oxşar xəbərlər

Azərbaycanın çimərlik güləşçiləri Vyetnamda Dünya Seriyasının ilk mərhələsinə qatılacaqlar
Azərbaycanın çimərlik güləşçiləri Avropa çempionatında iştirak edəcəklər
Azərbaycanın çimərlik güləşçiləri Yunanıstanda iki medal qazanıblar
Azərbaycanın çimərlik güləşçiləri Dünya Seriyasının final mərhələsində çıxış edəcəklər
Azərbaycanın 30 güləşçisi Gimnaziadada mübarizə aparacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər