FHN yanında İctimai şuranın üzvləri Naxçıvana səfər edib
Fövqəladə Hallar Nazirliyi yanında İctimai şuranın üzvləri Naxçıvan Muxtar Respublikasına səfər ediblər.
Bu barədə Sizinxeber.az-ya FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, səfərin məqsədi Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən əhali və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində görülən işlərlə yerində tanışlıq olub.
Şura üzvləri səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyində görüşlər keçirib, Nazirliyin fəaliyyəti ilə bağlı müzakirələr aparıblar. Görüşlərdə Naxçıvanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, əhalinin xəbərdar edilməsi və maarifləndirilməsi istiqamətində keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.
İctimai şura üzvləri, eyni zamanda Naxçıvan FHN-in struktur bölmələrinin fəaliyyəti ilə, o cümlədən Nazirliyin istifadəsində olan xüsusi təyinatlı texnika və avadanlıqarla tanış olublar.
Naxçıvan FHN Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsinə baş çəkən Şura üzvləri şəxsi heyətlə görüşüb, idarəetmə, o cümlədən nizam-intizam, sanitar vəziyyət və təminat məsələləri ilə maraqlanıblar.
Səfər çərçivəsində FHN yanında İctimai şuranın üzvləri Heydər Əliyev Muzeyini ziyarət edib, Ulu Öndərin mənalı həyat və fəaliyyətini əks etdirən zəngin eksponatlar, şəxsi əşyalar, tarixi sənədlər və foto-materiallarla tanış olublar.
Oxşar xəbərlər
FHN yanında İctimai şuranın iclası keçirilib
Kəmaləddin Heydərov Naxçıvan şəhərində vətəndaşları qəbul edib
FHN yanında İctimai şuranın yeni tərkibdə ilk iclası keçirilib
FHN: Ötən sutka 27 yanğına çıxış olub, 1 nəfər xilas edilib
FHN: Ötən sutka 31 yanğına çıxış olub, 9 nəfər xilas edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq
-
"AccessBank", "AmCham Azerbaijan" və "Neurotime" süni intellekt hakatonunun qaliblərini elan edib
