Belçikada məktəb avtobusu və qatarın toqquşması nəticəsində 4 nəfər ölüb - YENİLƏNİB
Məktəb avtobusu Buqqenhautda (Belçika) qapalı dəmiryolu keçidində qatarla toqquşub, nəticədə 4 nəfər, o cümlədən 2 uşaq ölüb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə RTBF portalı məlumat yayıb.
Yol-nəqliyyat hadisəsinin başvermə şəraiti araşdırılır.
"Müşahidə kameraları göstərir ki, svetoforda qırmızı işıq yanırmış və şlaqbaum endirilmiş vəziyyətdə imiş. Qatarın maşinisti də təcili tormozlamadan istifadə edib, lakin toqquşmanın qarşısını almaq mümkün olmayıb", - "Infrabel" (dəmiryolu operatoru) şirkətindən bildirilib.
Antverpen və Brüssel (Belçika) arasında yerləşən Buqqenhaut şəhərindəki dəmir yolu keçidində qatar məktəb avtobusu ilə toqquşub, nəticədə bir neçə nəfər həlak olub.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə "Bild" nəşri xəbər verib.
Həlak olanların və yaralananların dəqiq sayı açıqlanmır. Qatarın təxminən 100 sərnişini təxliyə edilib və onlara tibbi yardım göstərilir.
Bildirilib ki, kiçik məktəb avtobusunda yeddi şagird, sürücü və bir müşayiətçi olub.
Oxşar xəbərlər
Belçikada məktəb avtobusu qatarla toqquşub, ölənlər var
Almaniyada məktəb avtobusu tramvayla toqquşub, 12 nəfər xəsarət alıb
Fransada qatar yük maşını ilə toqquşub: bir nəfər ölüb, 30 nəfər xəsarət alıb
Pakistanda məktəb avtobusu partladılıb, beş nəfər ölüb
ABŞ-də məktəb avtobusu aşıb, xəsarət alanlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq
-
Mahir Emreli: "Yayda karyeramın ən vacib qərarlarından birini verəcəyəm"
