Roman Qriqorçuk: Biz Mustafa Seki çoxdan izləyirdik
sizinxeber.az xəbər saytı

Roman Qriqorçuk: Biz Mustafa Seki çoxdan izləyirdik


Biz Mustafa Seki çoxdan izləyirdik.

"Sizinxeber.az" xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk yeni transfer Mustafa Sekin keçidinə münasibət bildirərkən deyib.

Ukraynalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında Seneqal əsilli ispaniyalı futbolçunun “ağ-qaralar”ı gücləndirə biləcək keyfiyyətli və təcrübəli oyunçu olduğunu söyləyib:

“Çox şadam ki, Mustafa Sek bizim oyunçu oldu. Biz onu çoxdan izləyirdik. Mustafa əsas transfer hədəflərimizdən biri idi. O, “Neftçi”ni gücləndirə biləcək keyfiyyətli və təcrübəli futbolçudur. Mustafanın hazırda yaxşı formada olması da məni sevindirir. Buna görə də ümid edirəm ki, komandaya uyğunlaşmaq üçün çox zamana ehtiyacı olmayacaq”.

Qeyd edək ki, paytaxt təmsilçisi ilə 3 illik müqavilə bağlayan müdafiəçi yeni komandasında 24 nömrəli formanı geyinəcək.

Oxşar xəbərlər

"Neftçi" Seneqal əsilli ispaniyalı müdafiəçi transfer edib
Roman Qriqorçuk "Neftçi"nin yeni transferinin keçidinə münasibət bildirib
Roman Qriqorçuk: “Neftçi”nin yüksək hədəflərə çatması üçün Robert Bauerin çox köməyi dəyəcək
"Neftçi" almaniyalı futbolçunun transferini rəsmən açıqlayıb
"Neftçi" ukraynalı hücumçunun transferini açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle