BMT: Qafqaz və Mərkəzi Asiya ölkələri bu il regional orta göstəricidən daha sürətli böyüyəcək
Qafqaz və Mərkəzi Asiya ölkələri 2026-cı ildə regional orta göstəricidən daha sürətli böyüyəcək.
"APA-Economics" xəbər verir ki, bu barədə BMT-nin proqnozunda bildirilib.
Bununla belə, qeyd edilib ki, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri və Gürcüstan üzrə iqtisadi artım 2026-cı ildə zəifləyəcək.
Hesabata əsasən, regionda iqtisadi artım 2025-ci ildə 2,4% artdıqdan sonra 2026-cı ildə 2,1% proqnozlaşdırılıb.
BMT qeyd edib ki, Ukraynada davam edən müharibə ilə yanaşı, Yaxın Şərqdəki münaqişə də region üçün əlavə qeyri-müəyyənlik yaradıb və ticarət-logistika marşrutlarına mənfi təsir göstərib.
Hesabata görə, Qafqaz və Mərkəzi Asiya ölkələrinin əksəriyyətində iqtisadi artım regional orta göstəricidən yüksək olacaq. Buna ixrac gəlirləri, həmçinin mənzil və infrastruktur investisiyaları hesabına daxili tələbin dəstəklənməsi şərait yaradacaq.
Bununla belə, enerji idxalçısı olan kiçik ölkələrdə enerji xərclərinin artması inflyasiya təzyiqlərini gücləndirəcək, özəl istehlakı məhdudlaşdıracaq və büdcə ilə cari əməliyyatlar balansı üzərində təzyiqləri artıracaq.
Oxşar xəbərlər
Gələn il Azərbaycanda iqtisadi artım 3,2% proqnozlaşdırılıb
ADB Azərbaycanın yerləşdiyi region üzrə iqtisadi artım proqnozunu yaxşılaşdırıb
ADB Yaxın Şərqdəki vəziyyətin Qafqaz və Mərkəzi Asiya üçün yaradacağı riskləri açıqlayıb
ING Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb
Dünya Bankı Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
Azərbaycanda aqrar informasiya-məsləhət sistemi formalaşdırılacaq
-
"AccessBank", "AmCham Azerbaijan" və "Neurotime" süni intellekt hakatonunun qaliblərini elan edib
