Deputat qanunların dilinə etiraz edib
sizinxeber.az xəbər saytı

Deputat qanunların dilinə etiraz edib


“Hər qanun həm də dil faktorudur. Qanunların adı dəqiq olmalıdır. Məsələn, “Tütün və tütün məmulatı haqqında” səhvdir, “Tütün və tütün məmulatları haqqında” olmalıdır”.

Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Səyyad Aran deyib.

Deputat bildirib ki, tütün məmulatları çeşid-çeşiddir: “Sonra mikro, kiçik və orta sahibkarlıq nə deməkdir? Mikro elə kiçikdir. Bu sözləri yazanda, görəsən, nəyi nəzərdə tuturlar?

Bizə bu qanunları nəzərdən keçirmək üçün istedadlı dilçi, hüquqşünas və iqtisadçı lazımdır. Milli Məclis onlara maaş verməlidir. Bu qanunları mütləq həmin adamlara göndərib, öz sahələri üzrə düzəlişlər etdirməliyik”.

Sahibə Qafarova isə Səyyad Arana bu məsələləri MM-in şöbə müdiri ilə işçi qaydada müzakirə etməyi məsləhət görüb.

Oxşar xəbərlər

Spiker deputatı xırda-para nöqsanları qlobal problemə çevirməməyə çağırıb
Sahibə Qafarova Səyyad Aranın abidələrin iş adamlarına verilməsi ilə bağlı fikirlərinə irad bildirib
Tahir Mirkişili: “Süni intellekt haqqında” ayrıca qanunun qəbuluna ehtiyac var
Deputat: Zəfər tariximizin yenidən yazılmasını, ədəbiyyatda baxış yenilənməsini labüd edib
Deputat istilik təchizatı sahəsinin özəlləşdirilməsini təklif edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər