"Sea Breeze" Monteneqroda layihəyə başlayır
sizinxeber.az xəbər saytı

"Sea Breeze" Monteneqroda layihəyə başlayır


"Sea Breeze" Monteneqroda layihəyə başlayır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri, "Agalarov Development"in prezidenti, "Sea Breeze" kurort şəhərinin təsisçisi və sahibi Emin Ağalarov "Xəzər regionuna investisiyalar" işgüzar panelində bildirib.

"Biz artıq Şahdağ ərazisində qəsr adlanan tikilinin inşasına başlamışıq. Bundan başqa, biz başa düşürük ki, Sea Breeze ölkə hüdudlarından kənara çıxa bilər - yəqin ki, Özbəkistandakı layihə haqqında artıq eşitmisiniz. Bununla yanaşı, biz Monteneqroda layihəyə start vermişik", - E. Ağalarov deyib.

Onun sözlərinə görə, hazırda "Sea Breeze"in məqsədi beynəlxalq investorlara çıxış əldə etməkdir.

"Bu gün tikinti işlərində təxminən 750 hektar ərazi mənimsənilir - bu, həqiqətən çox böyük həcmdir. Eyni vaxtda 4,5 milyon kvadratmetrdən çox sahədə iş gedir, bu da təxminən 10 milyard ABŞ dolları təşkil edir. Bütün bunları təqribən üç il ərzində başa çatdırmağı planlaşdırırıq. Layihənin ümumi investisiya portfeli isə minimum 100 milyard dollardır, bunu da növbəti 10 il ərzində cəlb etmək niyyətindəyik. Layihə 1 850 hektar sahənin mənimsənilməsini və 30 milyon kvadratmetr müxtəlif növ daşınmaz əmlakın: otellərin, apartamentlərin, apart-otellərin, villaların, kommersiya zonalarının, məktəblərin, universitetlərin və bir çox digər obyektlərin reallaşdırılmasını nəzərdə tutur", - E. Ağalarov bildirib.

Xatırladaq ki, hazırda Azərbaycan artıq Monteneqroda "Portonovi" layihəsini həyata keçirir. Layihəyə yatırılan investisiyaların ümumi məbləği 1 milyard ABŞ dollarına yaxınlaşır.

Oxşar xəbərlər

Emin Ağalarov Özbəkistanda “Sea Breeze” turizm mərkəzi tikmək niyyətindədir
Azərbaycan və Özbəkistan prezidentləri “Sea Breeze” istirahət mərkəzində olublar
Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin sədri “Sea Breeze”də olublar - FOTO
Yekaterina Barionçik: "Sea Breeze" kurort layihəsi çərçivəsindən kənara çıxır
Emin Ağalarov Bakıda Avropanın ən böyük kazinosunu açacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər