Harri Keyn karyerasında ikinci dəfə "Qızıl buts" mükafatını qazanıb
sizinxeber.az xəbər saytı

Harri Keyn karyerasında ikinci dəfə "Qızıl buts" mükafatını qazanıb


Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keyn karyerasında ikinci dəfə "Qızıl buts" mükafatını qazanıb.

"Sizinxeber.az"un məlumatına görə, 32 yaşlı hücumçu Bundesliqanın 2025/2026 mövsümündə 31 oyunda 36 qol (72 xal) vuraraq buna nail olub.

Forvard Avropanın bütün liqalarında ən çox qol vuran oyunçudur.

İngiltərənin "Mançester Siti" klubunun forvardı Erlinq Holann 27 qolla (54 xal) ikinci, İspaniya təmsilçisi "Real"ın futbolçusu Kilian Mbappe 25 qolla (50 xal) üçüncü yeri tutub.

Xatırladaq ki, Harri Keyn "Bavariya"dakı debüt mövsümündə (2023/2024) də "Qızıl buts" mükafatına sahib çıxıb. O, həmin vaxt da Bundesliqada 36 qolla yadda qalmışdı. Təcrübəli forvard cari mövsüm bütün turnirlərdə 51 oyunda 61 dəfə fərqlənib və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

Harri Keyn Bundesliqada ilkə imza atıb
"Qızıl top" mükafatına namizədlərin yenilənmiş siyahısında Harri Keyn liderdir
Harri Keyn Bundesliqada yeni rekorda imza atıb
Harri Keyn Çempionlar Liqasında 50 qol vuran ilk ingiltərəli futbolçu olub
"Bavariya"nın hücumçusu ardıcıl üçüncü mövsümdə 30-dan çox qol vurur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər