İndoneziyada ildırım vurması nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
sizinxeber.az xəbər saytı

İndoneziyada ildırım vurması nəticəsində 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb


İndoneziyanın Cənubi Sulavesi əyalətindəki Monrolo dağının zirvəsində ildırım vurması nəticəsində 1 turist ölüb, 4 nəfər xəsarət alıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə ANTARA agentliyi xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.

Makassar axtarış-xilasetmə idarəsinin rəhbəri Məhəmməd Arif Ənvərin məlumatına görə, faciə mayın 24-ü axşam, beş turistdən ibarət qrupun hündürlüyü təxminən 1 109 metr olan Monrolo dağının zirvəsinə qalxdığı zaman baş verib.

Xəsarət alanların və ölən şəxsin meyitinin təxliyəsi üçün 40-dan çox axtarış-xilasetmə xidməti əməkdaşı, yanğınsöndürən, tibb işçisi və könüllü göndərilib.

Oxşar xəbərlər

İranda ildırım vurması nəticəsində iki nəfər ölüb, dörd nəfər xəsarət alıb
İndoneziyada helikopter qəzasında səkkiz nəfər həlak olub
Ermənistanda yanğın nəticəsində bir nəfər xəsarət alıb
Rusiyada çimərliyə ildırım düşüb, üç nəfər ölüb
İndoneziyada iki qatar toqquşub: 14 nəfər ölüb, onlarla insan xəsarət alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər