"Qızıl top" mükafatına namizədlərin yenilənmiş siyahısında Harri Keyn liderdir
sizinxeber.az xəbər saytı

"Qızıl top" mükafatına namizədlərin yenilənmiş siyahısında Harri Keyn liderdir


2025/2026 mövsümündə "Qızıl top" mükafatını qazanmağa namizəd futbolçuların siyahısı yenilənib.

"Sizinxeber.az" xəbər verir ki, "Goal.com" saytının tərtib etdiyi reytinqə Almaniyanın "Bavariya" klubunun və İngiltərə millisinin futbolçusu Harri Keyn başçılıq edir.

Onun Münhen təmsilçisindəki fransalı komanda yoldaşı Maykl Olise ikinci, İspaniya yığmasının və "Barselona"nın üzvü Lamin Yamal üçüncü sıradadır.

Xatırladaq ki, "Qızıl top"un mükafatlandırma mərasimi sentyabrda Parisdə baş tutacaq. 2025-ci ildə Fransanın PSJ klubunun oyunçusu Usman Dembele bu mükafata sahib çıxıb.

Oxşar xəbərlər

TOP-10: "Qızıl top"a əsas namizədlər siyahısında PSJ-nin altı oyunçusu yer alıb
Harri Keyn Bundesliqada ilkə imza atıb
Harri Keyn Avropada ən yaxşı penalti zərbəsi yerinə yetirən futbolçudur
Harri Keyn Bundesliqada yeni rekorda imza atıb
"Qızıl top"un 68-ci mükafatlandırma mərasimi Messisiz və Ronaldusuz keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər