Azərbaycanın bəzi yerlərində yağıntılar intensivləşib - FAKTİKİ HAVA
sizinxeber.az xəbər saytı

Azərbaycanın bəzi yerlərində yağıntılar intensivləşib - FAKTİKİ HAVA


Azərbaycanda əksər yerlərdə yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə yağıntılar intensiv və güclüdür.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 25-i saat 9:00-a olan məlumatında deyilir.

Bildirilib ki, düşən yağıntının miqdarı Zərdabda 71, Şəkidə (Kişçay) 69, Oğuzda 40, Qaxda (Sarıbaş) 30, İsmayıllı, Zaqatalada 29, Balakəndə 24, Göyçay, Göygöldə 18, Şahbuzda 16, Goranboy, Naxçıvanda 14, Yevlax, Mingəçevir, Naftalanda 13, Sədərək, Gəncədə 12, Ağdam, Tərtərdə 11, Kürdəmir, Xaltanda 10, Qobustan, Qəbələdə 9, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Şamaxıda 8, Şərurda 7, Biləsuvar, Bərdə, Beyləqan, Xızı, Qrız, Şahdağ, Culfada 6, Cəlilabad, Sabirabad, Şəmkir, Gədəbəydə 5, Lerik, Lənkəran, Tovuz, Daşkəsəndə 4, Yardımlı, Ağstafa, Xınalıqda 3, Quba, İmişli, Xaçmaz, Astara, Ordubadda 2, Qusar, Şabran, Neftçala, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Mayın 24-ü saat 18:00-18:05 radələrində Şəki rayonunun Baş Zəyzid kəndinə diametri 15-20 mm, rayonun Baş Göynük kəndinə isə diametri 10-15 mm, saat 19:48-19:53 radələrində Yardımlıya diametri 21-25 mm olan dolu düşüb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Şahdağda 20, Daşkəsəndə 18 m/s-yə çatır.

Oxşar xəbərlər

Rayonlara güclü yağış yağır - Faktiki hava
Bəzi rayonlara qar və yağış yağır - FAKTİKİ HAVA
Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edib - FAKTİKİ HAVA
Bəzi yerlərə leysan və qar yağıb, Şahbuza dolu düşüb
Bəzi ərazilərdə şimşək çaxır, leysan və qar yağır - FAKTİKİ HAVA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər