SIPRI: Sülhməramlı əməliyyatların iştirakçılarının sayı 25 ildə ən aşağı səviyyəyə enib
sizinxeber.az xəbər saytı

SIPRI: Sülhməramlı əməliyyatların iştirakçılarının sayı 25 ildə ən aşağı səviyyəyə enib


Dünyada ötən ilin sonuna qədər sülhməramlı əməliyyatlarda iştirak edən şəxsi heyətin sayı 25 ilin ən aşağı səviyyəsinə enib.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) analitik hesabatında bildirilir.

Məlumata görə, 31 dekabr 2025-ci il tarixə olan göstəriciyə əsasən, sülhməramlı əməliyyatlarda 78 633 beynəlxalq şəxsi heyət iştirak edib ki, bu da 2016-cı illə müqayisədə 49 % azalma və 2000-ci ildən bəri ən aşağı səviyyədir.

SIPRI mütəxəssisləri qeyd edirlər ki, sülhməramlı heyətin sayında azalma on ildir davam edir, lakin 2025-ci ildə azalma ən kəskin - əvvəlki illə müqayisədə 17 % olub.

Hesabatda vurğulanır ki, geosiyasi gərginliklər, siyasi təzyiqlər və maliyyə böhranları çoxtərəfli sülhməramlı əməliyyatların davamlılığını təhdid edir.

2025-ci ildə 34 ölkə və regionda 58 çoxtərəfli sülhməramlı əməliyyat aktiv olub ki, bu da əvvəlki ildən üç rəqəm azdır. Afrikada - Saxaradan cənuba və Avropada 18 missiya yerləşdirilib, habelə 14 missiya Yaxın Şərq və Şimali Afrikada, beşi Şimali və Cənubi Amerikada, üçü Asiya və Okeaniyada.

Sülhməramlı heyətin təxminən 73 %-i beş missiyada cəmləşib ki, bunlardan dördü Afrikada Saxaradan cənuba doğru ərazilərdədir.

SIPRI həmçinin BMT əməliyyatları üçün maliyyə böhranına da işarə edir. İnstitutun məlumatına görə, BMT-nin sülhməramlı missiyaları üçün maliyyə çatışmazlığı 2025-ci ilin iyul ayında 2 milyard dollara çatıb ki, bu da 2024-2025-ci illər üçün BMT-nin 5,6 milyard dollarlıq sülhməramlı büdcəsinin 35 %-dən çoxunu təşkil edir.

Ekspertlər qeyd edirlər ki, bu, bir sıra missiyalarda əhəmiyyətli dərəcədə işçi heyətinin ixtisarına səbəb olub. Bundan əlavə, məlumata görə, BMT Təhlükəsizlik Şurasında əməliyyat mandatlarının uzadılması daimi üzvlərin sərt tələbləri və veto təhdidləri ilə çətinləşir.

İnstitutun baş elmi işçisi Klaudiya Pfayfer Kruz bildirib ki, BMT-nin münaqişələrin həllində zəifləmiş rolu alternativ mexanizmlərin hazırda doldura bilmədiyi artan boşluq yaradır.

O bildirib ki, münaqişələrin həllinə çoxtərəfli yanaşmanı qorumaq üçün dövlətlər proqnozlaşdırıla bilən maliyyələşdirməni təmin etməli və effektiv beynəlxalq koordinasiya üçün şərait yaratmalıdırlar.

Oxşar xəbərlər

Kreml Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasını təsdiqləyib
SIPRI: 2024-cü ildə dünyada hərbi xərclər 9,4 % artıb
SIPRI: 2024-cü ildə dünyada hərbi xərclər rekord 9,4 % artıb
SIPRI: 2020-2024-cü illərdə Avropanın silah idxalı 155% artıb
ABŞ erməni əsgərlərə hazırlıq keçdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər