38 yaşlı Simon Minyole karyerasını "Brügge"də başa vurub
sizinxeber.az xəbər saytı

38 yaşlı Simon Minyole karyerasını "Brügge"də başa vurub


"Brügge" (Belçika) klubunun qapıçısı Simon Minyole karyerasını başa vurduğunu elan edib.

"Sizinxeber.az" xəbər verir ki, 38 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Belçika millisinin və "Liverpul"un (İngiltərə) sabiq qolkiperi karyerasını məhz "Brügge"də başa vurmağın onun üçün böyük şərəf olduğunu qeyd edib.

S.Minyole Belçika millisinin heyətində 35 matça çıxıb və 2018-ci ildə keçirilən dünya çempionatının bürünc mükafatçısı olub.

Qeyd edək ki, təcrübəli qolkiper 2019-cu ildə İngiltərənin "Liverpul" klubunun heyətində UEFA Çempionlar Liqasının qalibi olub. O, "Brügge"nin heyətində 5 dəfə Belçika çempionluğu, 1 dəfə ölkə kuboku, 2 dəfə isə Superkubok qazanıb.

Oxşar xəbərlər

Belçika yığmasının üzvü karyerasını İngiltərədə davam etdirəcək
"Milan" Belçika klubunun yarımmüdafiəçisi ilə maraqlanır
Belçika yığmasının sabiq futbolçusu mövsümün sonunda karyerasını bitirəcək
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
"Real"ın sabiq futbolçusu karyerasını başa vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər