“AzerGold” ilk dəfə yerli bazara gümüş külçələr təqdim etməyə hazırlaşır
“AzerGold” QSC ilk dəfə olaraq yerli xammaldan hazırlanmış, 999,9 əyarlı gümüş külçələri bazara təqdim etməyə hazırlaşır. Məhsulların istehsal prosesinə artıq başlanılıb.
"AzerGold”dan “Sizinxeber.az-Economics”ə verilən məlumata görə, bunu jurnalistlərə açıqlamasında şirkətin İctimaiyyətlə əlaqələr, marketinq və korporativ sosial məsuliyyət şöbəsinin müdiri Ariz Tarverdiyev deyib. Onun sözlərinə görə, ilkin mərhələdə gümüş külçələr 250, 500 və 1000 qram çəkidə təqdim olunacaq. Növbəti mərhələdə isə bazar tələbatı, investor marağı və istehlakçı seçimləri nəzərə alınaraq müxtəlif çəkilərdə yeni məhsul növlərinin istehsalı planlaşdırılır.
“Son illərdə yaşıl enerji texnologiyalarında, günəş panelləri və elektronika sənayesində gümüşdən istifadənin genişlənməsi bu metalın qlobal dəyərinin artmasına səbəb olub. Beynəlxalq bazarlarda gümüşə marağın yüksəlməsi ona investisiya aləti kimi tələbatı da artırıb”.
Milli məhsulun istehsalı ilə yerli qiymətli metallar bazarının inkişafına töhfə verməsi, həmçinin əhali və investorlar üçün etibarlı alternativ investisiya vasitəsinə çevrilməsi hədəflənir.
Oxşar xəbərlər
“AzerGold"un növbəti xatirə sikkəsi Laçına həsr olunacaq - FOTO
“AzerGold” QSC-nin qızıl və gümüş sikkə kolleksiyaları İsveçrədə növbəti dəfə nümayiş olunub
“AzerGold” tərəfindən 2000-ci xəlitə istehsal edilib
“AzerGold” Bakıya həsr olunmuş unikal gümüş sikkə istehsal edib - FOTO
“AzerGold” QSC ekoloji sahədə “2024-cü ilin ən yaxşı tərəfdaşı” nominasiyası üzrə təltif edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək
-
İmişlidə ağır qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
WUF13-də Azərbaycanın şəhər inkişafı təcrübəsinin paylaşılması çoxtərəfli diplomatiyaya dəstəkdir - RƏY
-
Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb
-
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda pley-off matçının vaxtı və nominal ev sahibi müəyyənləşib
-
"Tasnim": İran və ABŞ memorandumun bəzi bəndləri üzrə razılığa gələ bilmir
