KİV: ABŞ və İran arasında razılaşma Tehranın zənginləşdirilmiş urandan imtinasını nəzərdə tutur
sizinxeber.az xəbər saytı

KİV: ABŞ və İran arasında razılaşma Tehranın zənginləşdirilmiş urandan imtinasını nəzərdə tutur


Vaşinqton və Tehran arasında hazırlanmaqda olan ilkin razılaşma İranın zənginləşdirilmiş uran ehtiyatlarından imtinasını nəzərdə tutur.

Bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Nəşrin diplomatik mənbəsinin sözlərinə görə, saziş layihəsinə əsasən, İran heç vaxt nüvə silahı yaratmayacağını təsdiqləyəcək və zənginləşdirilmiş uran ehtiyatlarının utilizasiyasına razılıq verəcək.

Məqalədə qeyd olunur ki, bu mexanizmin detalları qarşıdakı iki ay ərzində razılaşdırılacaq.

İran rəsmilərindən biri qəzetə bildirib ki, tərəflərin üzərində işlədiyi “qarşılıqlı anlaşma memorandumu” həmçinin İranın Hörmüz boğazını açmasını və ABŞ-ın Tehranın 12 milyard dollar həcmində dondurulmuş aktivlərini azad etməsini nəzərdə tutur.

Bundan başqa, Vaşinqtonun İrana qarşı dəniz blokadasını dayandıracağı da qeyd edilir.

Oxşar xəbərlər

NYT: ABŞ ilə memorandum 25 milyard dollarlıq İran aktivlərinin sərbəst buraxılmasını nəzərdə tutur
Netanyahu: İranla müharibə bitmiş sayılmır
KİV: ABŞ-İran sazişinin layihəsi zənginləşdirilmiş uran məsələsini həll edə bilmir
İran AEBA-nı zənginləşdirilmiş uran ehtiyatlarının qorunması tədbirləri barədə məlumatlandırıb
KİV: İsrail hesab edir ki, ABŞ-nin zərbələrinə baxmayaraq İranın zənginləşdirilmiş uranı qalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər