Rəsmi Tehran: İran yığması ABŞ-da Dünya Çempionatında iştirak edəcək, FIFA zəmanət verib
sizinxeber.az xəbər saytı

Rəsmi Tehran: İran yığması ABŞ-da Dünya Çempionatında iştirak edəcək, FIFA zəmanət verib


Türkiyədə İranla FIFA-nın yüksək səviyyəli rəsmiləri arasında yaxşı görüş keçirilib.

Sizinxeber.az-nın Tehran bürosunun xəbərinə görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ-ın İran millisinin bəzi futbolçularına viza verməməsi ilə bağlı yayılan iddialara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, FIFA ev sahibi ölkə tərəfindən bütün qaydalara riayət ediləcəyinə dair zəmanət verib.

“İrana bütün qaydaların ev sahibi tərəfindən icra ediləcəyi barədə zəmanət verilib”, - Bəqai bildirib.

O qeyd edib ki, İran millisinin Futbol üzrə Dünya Çempionatında iştirakına dair qərarlar İran İdman Nazirliyi və İran Futbol Federasiyası tərəfindən müxtəlif qiymətləndirmələr əsasında qəbul edilib.

Bəqai əlavə edib ki, milli komanda və texniki heyət üçün viza verilməsi FIFA qaydalarına əsasən ev sahibi ölkələrin öhdəliyidir.

Oxşar xəbərlər

İran millisinin ABŞ-a səfəri rəsmiləşib
İran və Rusiya arasında hərtərəfli əməkdaşlıq sənədi yanvarın ortalarında imzalanacaq
İran ABŞ-dəki dünya çempionatında təhlükəsizlik məsələsini FIFA ilə müzakirə edəcək
İran Britaniyaya yeni səfir təyin edib
İran XİN rəhbəri Çinə səfər edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər