Klaudio Ranyeri İtaliya yığmasına rəhbərlik etməyə hazırdır
sizinxeber.az xəbər saytı

Klaudio Ranyeri İtaliya yığmasına rəhbərlik etməyə hazırdır


Klaudio Ranyeri futbol üzrə İtaliya millisinə rəhbərlik etməyə hazırdır.

"Report" "Sky Sport"a istinadən xəbər verir ki, 74 yaşlı mütəxəssis daha əvvəl "Roma"dakı fəaliyyətinə görə yığmadan gələn mümkün təklifi qəbul edə bilmədiyini, hazırda isə boş olduğunu deyib.

O, yığmadan təklif alacağı halda buna müsbət yanaşacağını vurğulayıb.

Klaudio Ranyeri bu ilin aprelində "Roma" klubundakı müşavir fəaliyyətini başa vurub.

Təcrübəli məşqçi karyerası ərzində İtaliyada "Roma", "Kalyari", "Sampdoriya", "İnter", "Yuventus", "Parma", "Fiorentina", "Napoli", İngiltərədə "Çelsi", "Uotford","Fulhem", "Lester", Fransada "Nant", "Monako", İspaniyada isə "Valensiya", "Atletiko" və Yunanıstan millisində işləyib.

Qeyd edək ki, İtaliya millisi 2026-cı il dünya çempionatına vəsiqə qazana bilməyib. Komanda pley-offda Bosniya və Herseqovinaya uduzduqdan sonra Cennaro Qattuzo baş məşqçi postundan göndərilib.

Oxşar xəbərlər

Klaudio Ranyeri İtaliya A Seriyasının ən yaxşı baş məşqçisi seçilib
"Roma" yeni baş məşqçisinin adını açıqlayıb
İtaliya Futbol Federasiyası Rafael Benitesin namizədliyini nəzərdən keçirir
"Roma"nın baş məşqçisi A Seriyasında ilkə imza atıb
A Seriyası: Turində qolsuz sülh

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər