UEFA-nın "Hat-Trick" proqramı çərçivəsində keçirilən turnirə yekun vurulub
UEFA-nın "Hat-Trick" proqramı çərçivəsində AFFA və Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan futbol turnirinə yekun vurulub.
AFFA-nın mətbuat xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, BDU-nun müxtəlif fakültələrini təmsil edən tələbə komandaları arasında keçirilən yarış universitetdaxili idman həyatının canlandırılması, tələbələr arasında sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyıb.
Yarışın həlledici oyunları BDU-nun futbol meydançasında baş tutub. Üçüncü yer uğrunda görüşdə Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin komandası Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin komandasını 5:1 hesabı ilə məğlub edərək bürünc mükafatçı olub.
Final qarşılaşmasında isə Tarix fakültəsinin komandası Hüquq fakültəsinin komandasını 1:0 hesabı ilə üstələyərək turnirin qalibi adına yiyələnib.
Yekunda çempion komanda AFFA tərəfindən kubokla təltif olunub, ilk üç yeri tutan kollektivlər isə müvafiq medallar və diplomlarla mükafatlandırılıblar. Bununla yanaşı, yarış çərçivəsində fərdi göstəriciləri ilə seçilən iştirakçılar müxtəlif nominasiyalar üzrə xüsusi mükafatlara layiq görülüblər.
Mükafatlandırma mərasimində AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və BDU-nun Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev iştirak ediblər.
Onlar qalib və mükafatçı komandaları təbrik edib, kubok və mükafatlar veriblər.
Qeyd edək ki, AFFA və BDU gələcəkdə də bu istiqamətdə birgə layihələrin həyata keçirilməsini planlaşdırır.
Oxşar xəbərlər
UEFA-nın dəstəyi ilə keçirilən minifutbol turnirinə yekun vurulub
Eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turnirinə yekun vurulub
18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub
Eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turnirinin qrup mərhələsinə yekun vurulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
