UEFA-nın dəstəyi ilə keçirilən minifutbol turnirinə yekun vurulub
sizinxeber.az xəbər saytı

UEFA-nın dəstəyi ilə keçirilən minifutbol turnirinə yekun vurulub


AFFA-nın təşkilatçılığı, UEFA, Elm və Təhsil Nazirliyinin dəstəyilə keçirilən “Məktəblərdə Futbol Dərsi” layihəsinin 2024/2025 mövsümü üzrə minifutbol turnirinə yekun vurulub.

"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Bakı və Sumqayıt üzrə ümumilikdə 36 məktəbin kollektivi yarışda iştirak edib.

III yer uğrunda mübarizədə 292 nömrəli məktəbin komandasını üstələyən 20 nömrəli məktəbin kollektivi bürünc mükafata yiyələnib. Final qarşılaşmasında isə 229 nömrəli məktəbin komandası 276 nömrəli məktəbin kollektivinə qalib gələrək yarışın qalibi olub.

Turnirdə qalib AFFA tərəfindən kubokla, ilk 3 yeri tutanlar müvafiq medallar və xüsusi hədiyyələrlə təltif ediliblər. Müxtəlif nominasiyalar üzrə mükafatlarda təqdim olunub. 276 nömrəli məktəbin üzvü Yusif Məmmədzadə ən yaxşı qapıçı, 229 nömrəli məktəbin oyunçusu Sara Qaribova isə ən yaxşı futbolçu nominasiyaları üzrə mükafatlandırılıblar.

Mükafatları və kuboku iştirakçılara AFFA-nın vitse-prezidenti, İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva və Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov təqdim ediblər.

Oxşar xəbərlər

Bakıda 6 məktəb əsaslı təmirlə bağlı köçürülüb
Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verilib
Gəncədə 3 məktəbin 5 sinif üzrə bütün məzunları tələbə adını qazanıb
Biləsuvardan olan 11 məzun Qarabağ Universitetinin ilk tələbələrindən olacaq
“Fond pulu” yığıldığı deyilən məktəbin direktoru və müəllimi CƏZALANDIRILDILAR - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər