Eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turnirinə yekun vurulub
AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı, Sahə Futbol Federasiyasının və Azərbaycan Deflimpiya Komitəsinin dəstəyi ilə eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turnirinə yekun vurulub.
"Report" milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, üçüncü yer uğrunda görüşdə “Lənkəran” komandası “Bərdə”yə qalib gəlib - 9:2.
Həlledici oyunda “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edən "Gəncə" yarışın qalibi olub.
Final görüşünün ardından mükafatlandırma mərasimi keçirilib. Lənkəranda yerləşən “Raypo” İdman-Sağlamlıq Mərkəzində təşkil edilən turnirdə 13 qol vuran “Lənkəran”ın oyunçusu Hüseynbala Talıbzadə ən məhsuldar futbolçuya verilən mükafata sahib olub.
“Gəncə”nin üzvü Fərid İsmayılzadə ən yaxşı qapıçı, “Sumqayıt”dan Ümid İbrahimov isə ən yaxşı oyunçu seçilib.
Oxşar xəbərlər
Eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turnirinin qrup mərhələsinə yekun vurulub
UEFA-nın dəstəyi ilə keçirilən minifutbol turnirinə yekun vurulub
Futzal üzrə ənənəvi “Payız turniri”nə yekun vurulub
Minifutbol üzrə Azərbaycan çempionatının ən güclü komandaları və oyunçuları mükafatlandırılıb
AFFA futzal üzrə ənənəvi “Payız turniri” keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













