Eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turnirinin qrup mərhələsinə yekun vurulub
sizinxeber.az xəbər saytı

Eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turnirinin qrup mərhələsinə yekun vurulub


AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı, Sahə Futbol Federasiyasının və Azərbaycan Deflimpiya Komitəsinin dəstəyi ilə eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turnirinin qrup mərhələsinə yekun vurulub.

"Report" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Lənkəranda təşkil edilən yarışın üçüncü günündə 5 oyun keçirilib.

Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanıblar. Finala vəsiqə uğrunda “Lənkəran” “Gəncə” ilə, “Sumqayıt” isə “Bərdə” ilə qarşılaşacaq.

Yarımfinal mərhələsinin qarşılaşmaları bu gün keçiriləcək.

Qeyd edək ki, Respublika turnirinə sabah yekun vurulacaq.

Oxşar xəbərlər

Futzal üzrə ənənəvi “Payız turniri”nə yekun vurulub
Minifutbol üzrə dünya çempionatı: Qrup mərhələsinə bu gün yekun vurulacaq
UEFA-nın dəstəyi ilə keçirilən minifutbol turnirinə yekun vurulub
Minifutbol üzrə dünya çempionatının 1/8 final mərhələsinə yekun vurulacaq
Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər