18 yaşadək voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub
18 yaşadək (U-18) voleybolçular arasında Azərbaycan çempionatına yekun vurulub.
“Report” Voleybol Federasiyasının (AVF) mətbuat xidmətinə istinadən xəbər verir ki, həm qızların, həm də oğlanların mübarizəsində üçüncü yer uörunda və final mərhələsinin oyunları keçirilib.
Qızlar arasında üçüncü yer uğrunda qarşılaşmada “Abşeron“ klubu “Lokomotiv“ komandasını 3:2 hesabı ilə məğlub edib.
Oğlanların mübarizəsində isə “Naxçıvan“ klubu “Oğuz RVK“ya 3:1 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.
Qızların finalında “Azərreyl-1” “Şərqi Zəngəzur RVK”nı, oğlanların finalında isə “Xarıbülbül Şuşa” “Murov Az Terminal”ı 3:1 hesabları ilə məğlub edərək çempion olublar.
Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi başlayıb. Qaliblərə kubok və medallar təqdim olunub. Mükafatları AVF-nin prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov və AVF-nin İdarə heyətinin üzvü İlqar Nuriyev təqdim ediblər.
Oxşar xəbərlər
14 yaşadək voleybolçulardan ibarət Azərbaycan çempionatına yekun vurulub
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II tura yekun vurulub
Stolüstü tennis üzrə Azərbaycan birinciliyində komanda yarışlarına yekun vurulub
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIV tura yekun vurulub
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında final və üçüncü yer uğrunda oyunların proqramı müəyyənləşib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib
-
İngiltərə Kuboku: "Çelsi" növbəti mərhələdə
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur












